Messi “Bakı”ya qarşı
3 İyul 2012 13:40 İdmanAvropa Liqasının II təsnifat mərhələsində "Bakı" klubunun potensial rəqibi olan Bolqarıstan təmsilçisi MOİK yeni futbolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, "Bakı" - "Mura" (Sloveniya) cütünün qalibini gözləyən sofiyalılar Misir milli komandasının üzvü Valid Solimam ilə anlaşıb. Afrikada "Misir Messisi" ləqəbi qazanan yığmada 18 oyuna 1 qol vurub. Yarımmüdafiəçi MOİK-ə qədər vətənində "Əl-Əhli"nin şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31