Olimpiya medalları London qəsrinə yerləşdirildi

Medallar iyulun 27-dək orada qorunacaq

London - 2012 Yay Olimpiya Oyunlarının qaliblərinə təqdim olunacaq qızıl, gümüş və bürünc medalları London Tauer qəsrinə təqdim edib. Medallar 26 gün boyunca qorunacaq. 4700 medaldan ibarət xəzinəni həmin medallar üçün xam materialı təqdim edən şirkətin nümayəndəsi Yan du Plessis daşıyıb. O, qızıl medallardan ikisini London Olimpiya Oyunlarının Təşkilatçı Komitəsinin sədri Sebastyan Koiyə təqdim edib.
Qeyd edək ki, London Tauer qəsri 600 ildən çoxdur ki, tac və cəvahiratların saxlandığı yer kimi istifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31