Fransız klubu başsız qaldı
3 İyul 2012 11:52 İdmanFransanın "Olympique" (Marsel) klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın çalışdırcısı Didye Deşam istefa verib.
Klubun bununla bağlı yaydığı rəsmi açıqlamada bildirilir ki, baş məşqçinin müqaviləsi qarşılıqlı anlaşma şərti ilə vaxtından əvvəl pozulub. Yeni baş məşqçinin kimliyi açıqlanmır.
Qeyd edək ki, 1989-2000-ci illərdə Fransa millisində oynamış Deşam "Olympique"dən əvvəl "Monako" və "Yuventus"a rəhbərlik edib. O, 2009-cu ildən "Olimpik"in baş məşqçisi idi. Marsel klubu Deşamın rəhbərliyi altında Fransa çempionluğunu və kubokunu qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31