Fransalı qoleador Azərbaycan klubuna keçir
3 İyul 2012 11:51 İdmanFransalı hücumçu Jeremi Perbe karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.Çünki 1984-cü il təvəllüdlü təcrübəli futbolçunun son klubu məhz Belçika təmsilçisi - "Bergen Mons" komandasıdır. Lakin Belçika təmsilçisindən ayrılan forvard hazırda Azərbaycan klublarından birinin düşərgəsindədir. Amma həmin klubun adı açıqlanmır.Maraq üçün bildirək ki, hazırda "Kəpəz" bir neçə adı açıqlanmayan fransız futbolçunu sınaqdan keçirir. Mümkündür ki, onlardan biri də məhz Perbedir. Amma bir daha qeyd edək ki, bu, rəsmi olaraq təsdiqlənməyib və sözügedən hücumçu başqa klubumuzda da baxışda ola bilər.Perbe karyerasında "Clermont Foot"da başlayıb. 2003-2005-ci illər aralığında bu komandada 60 oyun keçirib, 9 qol vurub. 2005-2006 mövsümündə "Moulins" klubuna keçən mərkəz hücumçusu 31 oyunda 23 qol vurmağa nail olub. O, 2006-cı ildə "Strasbourg"a transfer olunsa da, buradakı çıxışı bir qədər uğursuz alınıb: cəmi 7 oyun və 1 qol. Bu üzdən də 2007-ci ildə "Charleroi"ya icarəyə verilib (13 oyun, 6 qol). 2007-2008 mövsümündə də "Angers" Perbeni icarəyə götürüb. Bu komandada 10 oyun keçirməsinə rəğmən, bir dəfə də rəqib qapılarına yol tapa bilməyib.008-ci ildə hücumçunu "Tubize" alıb. Burda 47 oyuna 24 qol vuran futbolçunu 2010-cu ildə "Lokeren" alıb. Amma mövsüm ərzində çıxdığı 12 oyunda cəmi 1 dəfə qol vurmağa nail olub. Perbenin ən uğurlu çıxışı son komandası - "Bergen Mons"la bağlıdır. O, 2011-ci ildən top qovduğu bu komandada 50 oyuna 39 dəfə fərqlənib.