İtalyanların finala yaraşmayan oyunu! Heyf Almaniyadan!

Futbol üzrə 2012-ci il Avropa çempionatı İspaniyanın qələbəsi ilə başa çatıb.Lent.az-ın məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə keçirilən və 60 mindən çox insanın meydanda seyr etdiyi final oyununda İspaniya komandası İtaliyanı darmadağın edib.Oyunun 14-cü dəqiqəsində David Silvanın qoluyla rəqibindən bir xal fərqlənən İspaniya 41-ci dəqiqədə Cordi Albanın atdığı qolla fərqi ikiyə yüksəldib.Matçın 84-cü dəqiqəsində Torresin, 89-cu dəqiqəsində isə Juan Matanın vurduğu qollar İspaniyanın Avropa çempionluğu üçün zəfər fitini çaldırıb.Beləliklə, İspaniya millisi tarixində 3-cü dəfə Avropa çempionu olub. Daha öncə bu komanda 1964 və 2008-ci illərdə qitənin ən güclüsü adına sahib çıxıb. Digər tərəfdən, "sarı-qırmızılar" 2008-ci il Avropa və 2010-cu il dünya çempionatlarından sonra ardıcıl 3-cü böyük turniri - daha bir Avropa çempionatını qələbə ilə başa vurub. Baş məşqçi Visente Del Boske isə Çempionlar Liqası, dünya çempionatı və Avropa çempionatının qalibi olmuş ilk baş məşqçi kimi tarixə düşüb. Del Boske "Real Madrid"lə 2 dəfə (1999-2000, 2001-2002) Çempionlar Liqasının, İspaniya millisi ilə dünya (2010) və Avropa çempionatının (2012) qalibi olub. İspaniya yığması həm də ardıcıl 2 dəfə Avropa çempionu olmuş ilk komandadır.Qeyd edək ki, 2012-ci il Avropa çempionatının bürünc medallarına yarımfinalda uduzmuş Almaniya və Portuqaliya yığmaları sahib çıxıb. 2016-cı il qitə çempionatı isə Fransada keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31