“Rabitə” amerikalı voleybolçunu transfer etdi

Foluke Akinradew karyerasını ölkəmizdə davam etdirəcək

Qadın voleybolçulardan ibarət son Azərbaycan çempionu olan Bakının "Rabitə" voleybol klubu transfer çalışmalarına start verib. ANS PRESS-in Voleybolx.com saytına istinadvən verdiyi məılumata görə, "Rabitə" amerikalı voleybolçu Foluke Akinradew-nu heyətinə qatıb. Bundan başqa "Rabitə" Krsmanoviç, Goluboviç və Jukova kimi əsas heyət voleybolçuları ilə müqaviləsini də yeniləyib. Xatırladaq ki, Foluke Akinradew-nun çıxış etdiyi son klub "Dinamo" (Krasnodar) kollektivi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31