"Neftçi" klubunun sabiq qapıçısı Vladmir Miçoviç Avstriyaya gəlib. Apasport.az saytının xəbərinə görə, serbiyalı qolkiper dünən "Xəzər Lənkəran" komandasının düşərgəsinə baş çəkib. O, bu komandadakı həmyerlisi, millimizin də üzvü olan Branimir Subaşiçlə söhbətləşdikdən sonra, "ağ-yaşıllar"ın məskunlaşdığı "Kaiser İn Tirol" otelini tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31