Pireney derbisi: Portuqaliya, yoxsa İspaniya?
27 İyun 2012 11:20 İdmanBu gün AVRO-2012-nin ilk finalçısı müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, iyulun 1-də Kiyevdəki həlledici oyunun ilk iştirakçısının adına Pireney derbisində aydınlıq gələcək. Qonşu ölkələr olan Portuqaliya ilə İspaniyanın dueli maraqla gözlənilir. Hər halda, hər 2 yığma hücum futboluna üstünlük verərək, baxımlı oyunu ilə seçilir. Portuqaliya ilə İspaniya bunadək son 2 finalda iştirak ediblər. Hələ ki titulsuz olan portuqaliyalılar 2004-cü ildə vətənlərində keçirilən final mərhələsində buna nail olaraq, həlledici oyunda Yunanıstan millisinə 0:1 hesabı ilə uduzub. İspaniya isə bundan 4 il sonra Avstriya və İsveçrədə keçirilən turnirin finalında həmin hesabla Almaniya yığmasına qalib gələrək, tarixində ilk dəfə Avropa çempionu olub.
AVRO-2012
Final mərhələsi
1/4 final
23:45. PORTUQALİYA - İSPANİYA
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Donetsk. "Donbass-Arena" stadionu