"Avro-2012-"də yarımfinalçılar bəlli oldu

Ötən gecə futbol üzrə Avropa çempionatında İngiltərə - İtaliya matçının nəticəsi ilə yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliya millisi yarımfinalda Almaniyaya rəqib olub.
Qeyd edək ki, İngiltərə - İtaliya oyununun əsas vaxtı 0:0 başa çatıb. Əlavə vaxtda hesab açılmayıb. Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan İtaliya millisi adını yarımfinala yazıdırıb 2:4.

Portuqaliya millisi isə yarımfinalda son dünya və Avropa çempionları İspaniya yığması ilə qarşılaşacaq. Beləliklə yarımfimal cütlükləri:

27 iyun

23:45. Portuqaliya - İspaniya

28 iyun

23:45. Almaniya - İtaliya

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31