AVRO-2012 Almaniya Yunanıstanı yendi
23 İyun 2012 08:22 İdmanAlmaniya millisi ¼ finalda Yunanıstan yığması üzərində inamlı qələbə qazanıb - 4:2. İlk yarıda yalnız 1 qol vurulub. Bundestimin kapitanı Filip Lam uzaq məsafədən topu tora göndərərək, hesabı açıb. İkinci hissə kifayət qədər məhsuldar alınıb. 55-ci dəqiqədə Georgios Samaras hesabı bərabərləşdirib. Lakin yunanıstanlı futbolçuların sevinci uzun sürməyib. 61-ci dəqiqədə Sami Xedira, 68-ci dəqiqədə Miroslav Kloze, 74-cü dəqiqədə isə Marko Röys fərqlənib. Yunanıstan millisi 89-cu dəqiqədə Dimitrios Salpingidisin dəqiq penalti zərbəsi ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Növbəti mərhələdə Almaniya yığması iyunun 24-də keçiriləcək İngiltərə - İtaliya cütünün qalibi ilə üz-üzə gələcək. Daha öncə Portuqaliya millisi də yarımfinala yüksəlib. Bu komanda növbəti görüşündə Fransa - İspaniya cütünün qalibi ilə üz-üzə gələcək. Yarımfinal matçları 27-28 iyunda, final qarşılaşması isə iyulun 1-də olacaq. lent