Messi və dostlarından 6 qol
22 İyun 2012 13:46 İdmanKolumbiyanın paytaxtı Boqotada xeyriyyə matçı keçirilib. Lent.az-ın məlumatına görə, bu oyunda "Messinin dostları" ilə "Qalan dünya" yığması üz-üzə gəlib. Qarşılaşma 6:6 hesabı ilə yekunlaşıb. "Messinin dostları"ndan ulduz futbolçunun özü ilə yanaşı, 2 dəfə Robinyo, Esekyel Lavessi, Pablo Daniel Osvaldo və avtoqolla Alvaro Rafael Qonsales fərqlənib. Rəqib komandada isə Radamel Falkao və Ceyms Rodriges "dubl" edib, Marek Hamşik və Teofilo Qutyerres hərəyə bir qol vurub.
25 min nəfərin izlədiyi görüşdə "Messi"nin dostları"nın baş məşqçisi Dunqa, "Qalan dünya"nın sükanı arxasında isə Fabio Kapello olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31