Avro-2012: Ronaldo yarımfinalda
22 İyun 2012 09:47 İdmanBu gün Avropa çempionatında 1/4 final mərhələsinə start verilir.
Yarışlarlarda yaranmış bir günlük fasilədən sonra diqqətlər yenə Polşa və Ukraynaya yönələcək.
İlk 1/4 finalda Varşavada Portuqaliya və Çexiya komandaları üz-üzə gələcəklər. Oyunun favoriti portuqaliyalılar hesab olunsa da, öz qrupunun qalibi olmuş çexlərin rəqibinə layiqli müqavimət göstərib növbəti mərhələyə adlayacağı şansı da az deyil.
AÇ-2012
1/4 final
21 iyun
23:45. ÇEXİYA - PORTUQALİYA 0-1
Qol: Ronaldo, 80 (0:1)
Polşa. Varşava. Milli stadion
Baş hakim: Hovard Uebb (İngiltərə)
ÇEXİYA: Çex (k), Gebre Selassie, Kadleç, Sivok, Limberski, Plaşil, Pilarj, Hübşman, Yiraçek, Darida, Baroş.
PORTUQALİYA: Ruy Patrisiu, Bruno Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo, Moutinyo, R.Meyreleş, Nani, Ronaldo (k), Poştiqa..
ANN.AZ