"Avro-2012"də 1/4 final oyunlarının hakimləri açıqlandı

Türkiyəli referi Cüneyt Çakır baş hakim kimi təyinat almayıb. Hazırda Polşa və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final matçlarının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, türkiyəli referi Cüneyt Çakır baş hakim kimi təyinat almayıb. Əvəzində o, İngiltərə - İtaliya matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək. Çakırın yarımfinal görüşlərindən birində, hətta final matçında baş hakim olma ehtimalı isə hələ qalır.

1/4 final matçlarının baş hakimləri belədir:

AÇ-2012

1/4 final

21 iyun

23:45. Çexiya - Portuqaliya
Polşa. Varşava. Milli stadion
Baş hakim: Hovard Uebb (İngiltərə)

22 iyun

23:45. Almaniya - Yunanıstan
Polşa. Qdansk. "PGE Arena"
Baş hakim: Damir Skomina (Sloveniya)

23 iyun

23:45. İspaniya - Fransa
Ukrayna. Donetsk. "Donbass-Arena"
Baş hakim: Nikola Ritsoli (İtaliya)

24 iyun

23:45. İngiltərə - İtaliya
Ukrayna. Kiyev. "Olimpiyski" stadionu
Baş hakim: Pedru Proensa (Portuqaliya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31