Azad Rəhimov: “İstərdim ki, London Olimpiadasında bayrağımızı Fərid Mansurov aparsın”
Nazir F. Mansurovun ötən dəfə Olimpiya oyunlarında da Azərbaycan idmançılarının bayrağının apardığını xatırladıb
20 İyun 2012 13:00 İdman"Mən istərdim ki, London Olimpiya oyunlarında Azərbaycan idmançılarının bayraqdarı Fərid Mansurov olsun. Fərid Mansurov Azərbaycanın ən titullu idmançısıdır".APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir F. Mansurovun ötən dəfə Olimpiya oyunlarında da Azərbaycan idmançılarının bayrağının apardığını xatırladıb: "O zaman nailiyyətimiz yüksək olmuşdu. Mən onu təklif edirəm, amma bu məsələni ictimaiyyətlə də müzakirə edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31