Şevçenko: “İngilislərlə oyun karyeramda sonuncu idi”

Məşhur ukraynalı futbolçu Andrey Şevçenko yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb.Lent.az-ın "Sport-ekspress"ə istinadən verdiyi məlumata görə, Şevçenko İngiltərə ilə oyunun millidəki karyerasında sonuncu rəsmi matç olduğunu vurğulayıb: "Artıq gənclərə yer vermək zamanı yetişib".Qeyd edək ki, Andrey Şevçenko 1995-ci ildən Ukrayna millisinin heyətində çıxış edir. O, millinin tarixində ən yaxşı bombardirdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31