İker Kasilyas: "Azərbaycanlı azarkeşlər diqqətə layiqdirlər"

"Az qala bütün dünyanın sənə azarkeşlik etməsi inanılmaz bir hissdir". Futbol üzrə İspaniya yığmasının qapıçısı İker Kasilyas azerisport.az saytına müsahibəsində Ukrayna və Polşada keçirilən Avropa çempionatında pley-offa vəsiqə qazanmalarından, eləcə də Azərbaycan futbolundan danışıb. milli.az
- İker, qələbə münasibətilə təbrik edirik! Yəqinki, oyundan çox danışmısınız. Təkrar edə bilməzsiniz?

- (Gülür) Çox əsəbi oyun alındı. Çünki hətta, turniri tərk etmək təhlükəsiylə də üz-üzə idik. Ona görə də meydandakı hər bir hərəkətimizdə diqqətli olmağa çalışırdıq.

- Dörd il öncəki uğurunuzu təkrarlaya biləcəksiniz?

- Dörd il əvəllə müqayisədə, indi bizim işimiz daha çətindir. Rəqiblər artıq bizi daha yaxından tanıyırlar. Bizə qarşı necə oynamaq lazım olduğunu da hamı bilir. Amma bu, o demək deyil ki, biz zəifləmişik.

- İspaniya yığmasının son uğurları nəticəsində Azərbaycanda da azarkeşlərinizin sayı artmaqdadı...

- Bunu eşitmək xoşdur. Qoy onlar bizi dəstəkləməyə davam etsinlər. Az qala bütün dünyanın sənə azarkeşlik etməsi inanılmaz bir hissdir.

- Bakıya səfəriniz yadınızdadır?

- Əlbəttə! Konfederasiyalar Kuboku ərəfəsində gəlmişdik.

- O vaxt siz Azərbaycan azarkeşlərini çox isti qarşılamışdınız...

- (Gülümsəyir) Mən həmişə belə edirəm. İnsanlar sənin məşqlərinə, oyunlarına baxmaq üçün gəlirlər. Sənə diqqət göstərirlər. Fikrimcə, onlar da diqqətə layiqdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31