17 yaşlı qıza təcavüz edən futbolçu həbs olundu

Yunanıstanın "Olimpiakos" klubunun müdafiəçisi Ruben Semedu həbs olunub

 

Yunanıstanın "Olimpiakos" klubunun müdafiəçisi Ruben Semedu həbs olunub. 

"Sport24.gr" xəbər verir ki, portuqaliyalı futbolçu 17 yaşlı qıza təcavüz etməkdə ittiham olunur. 

Ötən gün gənc xanım polisə müraciət edərək Oroposda barda tanış olduğu Semedu tərəfindən təcavüzə uğradığını bildirib. 

Azərbaycanda minlərlə şəxs koronavirusa yoluxdu, onlarla ölən var

Şikayətə görə, 27 yaşlı oyunçu spirtli içki içirdikdən sonra Qlifadedə yerləşən evinə apardığı qıza meneceri ilə birgə təcavüz edib. Hazirda futbolçu polis nəzarətindədir. 

Qeyd edək ki, Ruben Semedu 2019-cu ildən  "Olimpiakos"da çıxış edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31