Peter Çex: "Bu, möcüzə deyildi"

Çexiya milli komandasının kapitanı Peter Çex "Avro-2012"də  finala yüksəlmələri haqda danışıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra jurnalistlərin suallarını cavablandıran Çex bu uğurun möcüzə olmadığını bildirib: "Oyuna çox pis başladıq. Polşa millisi də səhvlərimizdən yararlanaraq üzərimizə gəlməyə başladı. Lakin ikinci hissədə toparlandıq və lazımi qolumuzu vurduq. Yunanıstan - Rusiya matçının nəticəsindən xəbərimiz var idi. Çünki bizə zaman-zaman məlumat verilirdi. Ancaq ilk növbədə biz qələbə qazanmalı idik ki, bunu da bacardıq və 1/4 finala yüksəldik. Düşünürəm ki, bu, möcüzə deyildi. Biz özümüzə inanırdıq və bunun sayəsində də Polşanı məğlub etdik".Qeyd edək ki, A qrupunun son matçında Polşanı 1:0 hesabı ilə məğlub edən Çexiya adını 1/4 finala yazdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31