Portuqaliya və Almaniya pley-offda

Dünən "AVRO-2012"də B qrupunun oyunlarına yekun vuruldu

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin onuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Üçüncü turun ikinci oyun günü B qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan Almaniya Danimarka, Portuqaliya isə Hollandiya ilə qarşılaşıb. Hər iki qarşılaşmaya maraq kifayət qədər yüksək idi. Çünki bütün komandaların növbəti mərhələyə çıxmaq şansları qalmaqdaydı.

Lakin sonda gülən tərəf Almaniya ilə Portuqaliya olub. Hər iki xoşbəxt komanda rəqibi üzərində 2:1 hesablı qələbə ilə pley-offa vəsiqəni rəsmiləşdirib.

AÇ-2012
Qrup mərhələsi
B qrupu
17 iyun

PORTUQALİYA - HOLLANDİYA - 2:1 (1:1)
Qollar: Van der Vaart, 11 (0:1), Ronaldo, 28 (1:1), Ronaldo, 74 (2:1)
Ukrayna. Xarkov. "Metallist" stadionu.
Baş hakim: Nikola Ritsoli (İtaliya).

PORTUQALIYA: Ruy Patrisio, B.Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo, Moutinyo, R.Meyreleş (Kustodio, 72), Ronaldo, Nani (Rolando, 87), Poştiqa (Oliveyra, 64).
HOLLANDİYA: Stekelenburq, Van der Vil, Mateysen, Vlaar, Villems (Afellay, 68), De Yonq, Sneyder, Van der Vaart (k), Robben, Huntelaar, Van Persi.

DANİMARKA - ALMANİYA - 1:2 (1:1)
Qollar: Podolski, 19 (0:1), Kron-Deli, 24 (1:1), Bender, 80 (1:2)
Ukrayna. Lvov. "Lvov Arena".
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).

DANİMARKA: Andersen, Kyaer, Agger (k), S.Poulsen, Yakobsen, Kvist, Eriksen, Y.Poulsen (Mikkelsen, 82), Zimlinq (K.Poulsen, 79), Kron-Deli, Bendtner.
ALMANİYA: Noyer, Hummels, Badştuber, Lam (k), Şvaynştayger, Xedira, M.Özil, T.Müller (Kroos, 84), Bender, Podolski (Şürle, 64), Qomes (Kloze, 74).

1. Almaniya     3 3 0 0 5-2 9
2. Portuqaliya  3 2 0 1 5-4 6
3. Danimarka  3 1 0 2 4-5 3
4. Hollandiya   3 0 0 3 2-5 0

---------
01:21

Danimarka - Almaniya oyunun 80-cı dəqiqəsində Lars Bender Almaniyanın ikinci topunu vurur. Danimarka - Almaniya 1:2.

---------
01:15

Portuqaliya - Hollandiya oyunun 74-cü dəqiqəsində Kriştianu Ronaldu özünün və millisinin ikinci topunu vurur. Portuqaliya - Hollandiya 2:1.

---------
00:46

İkinci hissə başladı.

---------
00:31

Birinci hissə bitdi.

Portuqaliya - Hollandiya 1:1.

Danimarka - Almaniya 1:1.

---------
00:13

Portuqaliya - Hollandiya oyunun 28-ci dəqiqəsində Kriştianu Ronaldu hesabı bərabərləştirir. Portuqaliya - Hollandiya 1:1.

---------
00:09

Danimarka - Almaniya oyunun 24-cü dəqiqəsində Maykl Kron-Deli hesabı bərabərləştirir. Danimarka - Almaniya 1:1.

---------
00:04

Danimarka - Almaniya oyunun 19-cu dəqiqəsində Lukas Podolski hesabı açır. Danimarka - Almaniya 0:1.

-----------------
17.06.2012
23:56

Portuqaliya - Hollandiya oyunun 11-ci dəqiqəsində Rafael Van der Vaart hesabı açır. Portuqaliya - Hollandiya 0:1.

Portuqaliya yığmasının şansları daha yüksəkdir. Qrupdan çıxmaq üçün portuqallara qələbə ilə yanaşı, bərabərlik də yetərlidir. Hollandiya yığmasının da şansları var, amma çox azdır. Narıncılar iri hesabla qalib gəlməlidir.

İki və daha artıq komandaların xalları bərabər olanda Danimarka ilə yanaşı, Portuqaliya ilə matçlarda da vurulmuş toplar sayılacaq. Ona görə də Portuqaliya üzərində 1:0 hesablı qələbə olarsa və bu zaman Danimarka 2:0 hesabla qalib gələrsə, yenə də pis olacaq. Çünki top fərqi Portuqaliya və Danimarka ilə qarşılaşmalara görə aşağı olacaq.

Ona görə bu axşam almanlara ən azı bərabərlik gərəkdirsə, Danimarka qələbə uğunda mübarizə aparacaq - axı Portuqaliya qalib gəlsə və ya bərabərliklə kifayətlənsə, Danimarka yığması çempionatı tərk etməlidir.

---------
23:45

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin onuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Üçüncü turun ikinci oyun günü B qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan Almaniya Danimarka, Portuqaliya isə Hollandiya ilə qarşılaşır. Hər iki qarşılaşmaya maraq kifayət qədər yüksəkdi. Çünki hələ bütün komandaların növbəti mərhələyə çıxmaq şansları qalmaqdadı.

AÇ-2012
Qrup mərhələsi
B qrupu
17 iyun

PORTUQALİYA - HOLLANDİYA
Ukrayna. Xarkov. "Metallist" stadionu.
Baş hakim: Nikola Ritsoli (İtaliya).

PORTUQALIYA: Ruy Patrisio, B.Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo, Moutinyo, R.Meyreleş, Ronaldo, Nani, Poştiqa.
HOLLANDİYA: Stekelenburq, Van der Vil, Mateysen, Vlaar, Villems, De Yonq, Sneyder, Van der Vaart (k), Robben, Huntelaar, Van Persi.

DANİMARKA - ALMANİYA
Ukrayna. Lvov. "Lvov Arena".
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).

DANİMARKA: Andersen, Kyaer, Agger (k), S.Poulsen, Yakobsen, Kvist, Eriksen, Y.Poulsen, Zimlinq, Kron-Deli, Bendtner.
ALMANİYA: Noyer, Hummels, Badştuber, Lam (k), Şvaynştayger, Xedira, M.Özil, T.Müller, Bender, Podolski, Qomes.

Oyunlar başladı.

1. Almaniya     2 2 0 0 3-1 6
2. Portuqaliya  2 1 0 1 3-3 3
3. Danimarka  2 1 0 1 3-3 3
4. Hollandiya   2 0 0 2 1-3 0

---------
18:22

Milli.Az "Apasport"a istinadən bildirir ki, "ölüm qrupu" adlandırılan bu qrupdan kimlərin növbəti mərhələyə vəsiqə qazanacağı, hansı güclülərin mübarizəni dayandırmalı olacaqları maraqla gözlənilir.

Final mərhələsində hələ ki, yüz faizli nəticə göstərən yeganə komanda olan Almaniya yığması növbəti mərhələnin bir addımlığındadır. Bunun üçün 1 xala ehtiyacı olan almanlar qrup qalibi kimi çıxacaq. Ancaq Bundestim Almaniyaya 1:2 hesabı ilə uduzarsa və Portuqaliya Hollandiyaya qalib gələrsə, qrupda qalacaq. Ən çətin durumda olan Hollandiya yığmasının hələ xalı olmasa da, Portuqaliyaya 2 top fərqi ilə qalib gələrsə və Danimarka uduzarsa, 2-ci yerlə növbəti mərhələyə çıxacaq.

AVRO-2012

Qrup mərhələsi
III tur
B qrupu

23:45. PORTUQALİYA - HOLLANDİYA
Ukrayna. Xarkov. "Metallist" stadionu.
Baş hakim: Nikola Ritsoli (İtaliya).

PORTUQALIYA: Ruy Patrisio, B.Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo, Moutinyo, R.Meyreleş, Ronaldo, Nani, Poştiqa.
HOLLANDİYA: Stekelenburq, Van der Vil, Mateysen, Vlaar, Villems, De Yonq, Sneyder, Van der Vaart (k), Robben, Huntelaar, Van Persi.

23:45. DANİMARKA - ALMANİYA
Ukrayna. Lvov. "Lvov Arena".
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).

DANİMARKA: Andersen, Kyaer, Agger (k), S.Poulsen, Yakobsen, Kvist, Eriksen, Y.Poulsen, Zimlinq, Kron-Deli, Bendtner.
ALMANİYA: Noyer, Hummels, Badştuber, Lam (k), Şvaynştayger, Xedira, M.Özil, T.Müller, Bender, Podolski, Qomes.

1. Almaniya     2 2 0 0 3-1 6
2. Portuqaliya  2 1 0 1 3-3 3
3. Danimarka  2 1 0 1 3-3 3
4. Hollandiya   2 0 0 2 1-3 0

"Avro-2012"nin təfsilatları burada.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31