Avro-2012: İtaliya Xorvatiya ilə sülh bağladı, İspaniyadan möhtəşəm qələbə

Oyun bitdi. İspaniya - İrlandiya 4:0.

Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin yeddinci oyun günündə də iki qarşılaşma baş tutub.

C qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İtaliya Xorvatiya ilə üz-üzə gəlib. İspaniya ilə oyunda olduğu kimi, bu görüşdə də hesabı italiyalılar açıblar. Lakin ikinci hissədə xorvatlar cavab qolunu vurmağı bacarıblar. Beləcə, görüş heç-heçə bitib.

Qrupun digər görüşündə isə İspaniya ilə İrlandiya münasibətlərinə aydınlıq gətiriblər. Gözlənildiyi kimi, son Avropa və dünya çempionları rəqibini darmadağın ediblər.

AÇ-2012
Qrup mərhələsi
C qrupu
14 iyun

İTALİYA - XORVATİYA - 1:1 (1:0)
Qollar: Pirlo, 39 (1:0), Mandjukiç, 72 (1:1)
Polşa. Poznan. "Meyski" stadionu.
Baş hakim: Hovard Uebb (İngiltərə).

İTALİYA: Buffon (k), Maccio, Kyellini, Bonuççi, Motta (Montolivo, 63), Markizio, Cakkerini, De Rossi, Pirlo, Balotelli (Di Natale, 70), Kassano (Covinko, 83).
İSPANİYA: Pletikoşa, Striniç, Çorluka, Şildenfeld, Rakitiç, Vukoyeviç, Modriç, Srna (k), Perişiç (Pranyiç, 68), Yelaviç (Eduardo, 83), Mandjukiç (Krançar, 90+4)

İSPANİYA - İRLANDİYA - 4:0 (1:0)
Qollar: Torres, 4 (1:0), Silva, 49 (2:0), Torres, 70 (3:0), Fabreqas, 83 (4:0).
Polşa. Qdansk. "Qdansk Arena".
Baş hakim: Pedro Proensa (Portuqaliya).

İSPANİYA: Kasilyas (k), Pike, S.Ramos, Arbeloa, Alba, İnyesta (Kasorla, 80), Xavi, Xabi Alonso (Xavi Martines, 65), Buskets, Silva, Torres (Fabreqas, 74).
İRLANDİYA: Given, Sent-Lecer, Uord, O`Şi, Dann, Uilan (Qrin, 80), Makqidi, Endryus, Daff (Maklin, 76), Kin (k), Koks (Uolters, 46).

İspaniya      2 1 1 0 5-1 4
Xorvatiya    2 1 1 0 4-2 4
İtaliya         2 0 2 0 2-2 2
İrlandiya     2 0 0 2 1-7 0

---------
01:24

Oyunun 83-ci dəqiqəsində Fransesk Fabreqas mükəmməl qol vurur. İspaniya - İrlandiya 4:0.

---------
01:11

Oyunun 70-ci dəqiqəsində Fernando Torres özünün ikinci, millisinin 3-cü topunu vurur. İspaniya - İrlandiya 3:0.

---------
00:49

Oyunun 50-ci dəqiqəsində David Silva mükəmməl qol vurur. İspaniya - İrlandiya 2:0.

---------
00:47

İkinci hissə başladı. İspaniya - İrlandiya 1:0.

---------
00:32

Birinci hissə bitdi. İspaniya - İrlandiya 1:0.

---------
23:49

Oyunun 4-cü dəqiqəsində Fernando Torres hesabı açır. İspaniya - İrlandiya 1:0.

---------
23:46

Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin yeddinci oyun günündə C qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İtaliya Xorvatiya ilə üz-üzə gəldi. Oyun 1:1 hesabı ilə bitdi.

Qrupun digər görüşündə isə İspaniya ilə İrlandiya münasibətlərinə aydınlıq gətirilir.

AÇ-2012
Qrup mərhələsi
C qrupu
14 iyun

İSPANİYA - İRLANDİYA
Polşa. Qdansk. "Qdansk Arena".
Baş hakim: Pedro Proensa (Portuqaliya).

İSPANİYA: Kasilyas (k), Pike, S.Ramos, Arbeloa, Alba, İnyesta, Xavi, Xabi Alonso, Buskets, Silva, Torres.
İRLANDİYA: Given, Sent-Lecer, Uord, O`Şi, Dann, Uilan, Makqidi, Endryus, Daff, Kin (k), Koks.

Oyun başladı.

İTALİYA - XORVATİYA - 1:1 (1:0)
Qollar: Pirlo, 39 (1:0), Mandjukiç, 72 (1:1)
Polşa. Poznan. "Meyski" stadionu.
Baş hakim: Hovard Uebb (İngiltərə).

İTALİYA: Buffon (k), Maccio, Kyellini, Bonuççi, Motta (Montolivo, 63), Markizio, Cakkerini, De Rossi, Pirlo, Balotelli (Di Natale, 70), Kassano (Covinko, 83).
İSPANİYA: Pletikoşa, Striniç, Çorluka, Şildenfeld, Rakitiç, Vukoyeviç, Modriç, Srna (k), Perişiç (Pranyiç, 68), Yelaviç (Eduardo, 83), Mandjukiç (Krançar, 90+4)
 

Xorvatiya    2 1 1 0 4-2 4
İtaliya         2 0 2 0 2-2 2
İspaniya      1 0 1 0 1-1 1
İrlandiya      1 0 0 1 1-3 0

---------
22:55

Matç başa çatdı. İtaliya Xorvatiyanın müqavimətini qıra bilmədi, xorvatlar da planlarını reallaşdıra bilmədilər.

---------
22:40

Montolivo top uğrunda çox sərt mübarizə apardığı üçün sarı vərəqə ilə cəzalandırılır.

---------
22:29

Mandjukiç hesabı bərabərləşdirir.

---------
22:19

Çezare Prandelli "yaman günün yarağı"na əl atdı. O, səthi katenaçço taktikasından yararlanır. İtalyanlar öz tərəflərinə çəkiliblər, xorvatlar isə meydanın "yad" tərəfində ağalıq edirlər. Prandelli deyəsən unudur ki, dünən portuqallar belə "hesab saxlamaq" taktikasına az qala qurban olacaqdılar.

---------
22:16

Matçda ilk sarı vərəqə. Yelaviçlə qarşıdurmadan sonra Motta sarı vərəqə ilə cəzalandırılır.

---------
22:09

Modriç İtaliya yığmasının qapısına zərbələr yağdırmağa davam edir. O, nəyin bahasına olursa-olsun, hesabı bərabərləşdirməyə çalışır. Xorvatlar çox sinirləniblər.

---------
22:01

Matçın ikinci hissəsi başlandı.

---------
21:48

Matçın ilk hissəsi başa çatdı. İlk 45 dəqiqə Mario Balotellinin sürətli oyunu ilə yadda qaldı.

---------
21:45

İtalyanların ehtiyat oyunçular skamyası qələbə qolunu çox emosional qarşıladı. Skuadra Azurranın işi bir qədər asanlaşıb. Fəqət, onların rahatlanmaları üçün hələ çox tezdir - xorvatlar istənilən an qisas ala bilərlər.

---------
21:40

Qol! Pirlo matçda hesabı açdı. İtaliya-Xorvatiya - 1:0.

---------
21:39

Oyunda hesab açılmasa da, matç çox maraqlıdır. Meydanda rəqiblərin hərəkət tempi sürətli, təhlükəli anlar bol - baxmaq həzz verir.

---------
21:28

Xorvatların sağ cinahı çox yaxşı oynayır. Həmin cinahın sahibi Xorvatiya yığmasının kapitanı Srnadır. O, italyanlar üçün böyük təhlükədir.

---------
21:20

Matç hələlik sanki xorvatların qolkiperi Stipe Pletikosa ilə italyanların forvardı Mario Balotellinin qarşıdurmasıdır.

---------
21:00

Matç başlandı.

---------
20:15

Apasport.az saytının məlumatına görə, Xorvatiya yığması qələbə qazanarsa, qrupda ilk 1/4 finalçı kimi adını rəsmiləşdirəcək. Bu zaman İtaliyanın qrupdan çıxmaq şansı çox aşağı olacaq. İspaniya isə İrlandiyanı yenməklə, özünün növbəti mərhələyə çıxmaq şansını artıracaq, rəqibini isə bu imkandan məhrum edəcək.

AVRO-2012

Qrup mərhələsi
II tur
B qrupu

21:00. İTALİYA - XORVATİYA - 1:1
Qol: Pirlo, 39 - Mandjukiç, 82
Baş hakim: Hovard Uebb (İngiltərə)
Poznan. "Miyejski" stadionu

İTALİYA: Buffon, Kyellini, de Rossi, Bonuççi, Maccio, Markizio, Pirlo, Motto, Giaççerini, Balotelli, Kassano

XORVATİYA: Pietikoşa, Srna, Çorluka, Şildenfeld, Striniç, Vukoyeviç, Rakitiç, Modriç, Perişiç, Mandjukiç, Yelaviç

23:45. İSPANİYA - İRLANDİYA
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Qdansk. "PGE Arena" stadionu

Milli.Az

----------
01:01

Böyütmək üçün şəklə klikləyin.

----------

00:06

İTALİYA - XORVATİYA - 1:1 (1:0)
Qollar: Pirlo, 39 (1:0), Mandjukiç, 72 (1:1)

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

-----------------
14.06.2012
20:15

Böyütmək üçün şəkillərə klikləyin.

---------
22:01

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31