AVRO-2012 Italiya ilə Xorvatiya meydandan bərabər ayrıldı

Matç başa çatdı. İtaliya Xorvatiyanın müqavimətini qıra bilmədi, xorvatlar da planlarını reallaşdıra bilmədilər.

-------
22:40

Montolivo top uğrunda çox sərt mübarizə apardığı üçün sarı vərəqə ilə cəzalandırılır.

-------
22:29

Mandjukiç hesabı bərabərləşdirir.

-------
22:19

Çezare Prandelli "yaman günün yarağı"na əl atdı. O, səthi katenaçço taktikasından yararlanır. İtalyanlar öz tərəflərinə çəkiliblər, xorvatlar isə meydanın "yad" tərəfində ağalıq edirlər. Prandelli deyəsən unudur ki, dünən portuqallar belə "hesab saxlamaq" taktikasına az qala qurban olacaqdılar.

-------
22:16

Matçda ilk sarı vərəqə. Yelaviçlə qarşıdurmadan sonra Motta sarı vərəqə ilə cəzalandırılır.

-------
22:09

Modriç İtaliya yığmasının qapısına zərbələr yağdırmağa davam edir. O, nəyin bahasına olursa-olsun, hesabı bərabərləşdirməyə çalışır. Xorvatlar çox sinirləniblər.

22:01

Matçın ikinci hissəsi başlandı.

-------
21:48

Matçın ilk hissəsi başa çatdı. İlk 45 dəqiqə Mario Balotellinin sürətli oyunu ilə yadda qaldı.

-------
21:45

İtalyanların ehtiyat oyunçular skamyası qələbə qolunu çox emosional qarşıladı. Skuadra Azurranın işi bir qədər asanlaşıb. Fəqət, onların rahatlanmaları üçün hələ çox tezdir - xorvatlar istənilən an qisas ala bilərlər.

-------
21:40

Qol! Pirlo matçda hesabı açdı. İtaliya-Xorvatiya - 1:0

-------
21:39

Oyunda hesab açılmasa da, matç çox maraqlıdır. Meydanda rəqiblərin hərəkət tempi sürətli, təhlükli anlar bol - baxmaq həzz verir.

-------
21:28

Xorvatların sağ cinahı çox yaxşı oynayır. Həmin cinahın sahibi Xorvatiya yığmasının kapitanı Srnadır. O, italyanlar üçün böyük təhlükədir.

-------
21:20

Matç hələlik sanki xorvatların qolkiperi Stipe Pletikosa ilə italyanların forvardı Mario Balotellinin qarşıdurmasıdır.

-------
21:00

Matç başlandı.

-------
20:15

Apasport.az saytının məlumatına görə, Xorvatiya yığması qələbə qazanarsa, qrupda ilk 1/4 finalçı kimi adını rəsmiləşdirəcək. Bu zaman İtaliyanın qrupdan çıxmaq şansı çox aşağı olacaq. İspaniya isə İrlandiyanı yenməklə, özünün növbəti mərhələyə çıxmaq şansını artıracaq, rəqibini isə bu imkandan məhrum edəcək.

AVRO-2012

Qrup mərhələsi
II tur
B qrupu

21:00. İTALİYA - XORVATİYA - 1:1
Qol: Pirlo, 39 - Mandjukiç, 82
Baş hakim: Hovard Uebb (İngiltərə)
Poznan. "Miyejski" stadionu

İTALİYA: Buffon, Kyellini, de Rossi, Bonuççi, Maccio, Markizio, Pirlo, Motto, Giaççerini, Balotelli, Kassano

XORVATİYA: Pietikoşa, Srna, Çorluka, Şildenfeld, Striniç, Vukoyeviç, Rakitiç, Modriç, Perişiç, Mandjukiç, Yelaviç

23:45. İSPANİYA - İRLANDİYA
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Qdansk. "PGE Arena" stadionu

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31