Portuqaliya ilk, Almaniya ikinci qələbəsini qazandı
14 İyun 2012 12:27 İdmanBu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.Qol.Az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin altıncı günündə daha iki qarşılaşma baş tutub.İlk öncə meydana Danimarka və Portuqaliya yığmaları çıxıb. İlk oyunda Hollandiyanı məğlub edən (1:0) Danimarkanı bu görüşdə bir xal da qane edəcəkdi. Turnirə məğlubiyyətlə başlayan Portuqaliya isə bu oyunda qələbə qazanmağa çalışacaqdı. Olduqca dramatik məcrada keçən görüş 3:2 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb. Günün ən maraq doğuran görüşü isə Bakı vaxtı saat 23:45-də başlayıb. Burada Hollandiya və Almaniya yığmaları üz-üzə gəlib. Hollandiya millisi bu görüşdə də məğlub olacağı təqdirdə artıq qrupdan çıxmaq şansını daha da çətinə salacaqdı ki, belə də olub. Rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi demək olar ki, 1/4 finala vəsiqəni təmin edib.
13 iyun
|
"Avro-2012"nin qrup oyunları Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Boatenq, Xedira, Şvaynştayger, Özil (Kross, 81), Müller (Bender, 90+2), Qomez (Kloze, 72), Podolski Portuqaliya: Patrisio, Alveş, Pepe, Koentrao, Pereyra, Veloso, Moutinyo, Meyreleş (Varela, 84), Nani (Rolando, 89), Poştiqa (Oliveyra, 64), Ronaldo
14 iyun 21:00. İtaliya - Xorvatiya 23:45. İspaniya - İrlandiya
15 iyun 21:00. Ukrayna - Fransa 23:45. İsveç - İngiltərə
12 iyun Polşa - Rusiya - 1:1 Qollar: Zaqoyev, 37 (0:1), Blazikovski, 57 (1:1) Polşa: Titon, Pişzek, Vasilevski, Perkuis, Boeniş, Dudka (Mierziyevski, 73), Polanski (Matuşik, 85), Blazikovski, Muravski, Obraniak (Brojek, 90+2), Levandovski Rusiya: Malafeyev, Anyukov, Berezutski, İqnaşeviç, Jirkov, Şirokov, Denisov, Zryanov, Zaqoyev (İzmayılov, 79), Kerjakov (Pavlyuçenko, 70), Arşavin Çexiya: Çex (k), Selassie, Kadleç, Sivok, Limberski, Rosiçki (Kolar, 46, Rajtoral, 90), Plasil, Pilar, Hübşman, Jiraçek, Baroş (Pekhart, 64)
|