AVRO-2012-də yeni rekord
13 İyun 2012 13:37 İdmanÇexiya millisinin futbolçusu Petr Yiraçek AVRO-2012-nin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Yunanıstanla oyunun 3-cü dəqiqəsində hesabı açan 26 yaşlı yarımmüdafiəçi turnirin ən erkən qolunun müəllifi olub. Hakimin start fitindən 2 dəqiqə 14 saniyə sonra fərqlənən Yiraçek 2 gün əvvəl erkən qol vuran Mario Mandjukiçin rekordunu 24 saniyə yeniləyib.
Almaniyanın "Volfsburq" klubunda çıxış edən çexiyalı Avropa çempionatlarının final mərhələləri tarixində 3-cü göstəriciyə şərik olub. Əfsanəvi Alan Şirerə çatan Petr yalnız postsovet məkanı təmsilçilərindən geri qalır. Yiraçek rusiyalı Dmitri Kiriçenkodan 2 dəfə gec fərqlənibsə, Sergey Aleynikovdan səmi 7 saniyə geri düşüb.
|
yer |
tarix |
futbolçu |
oyun |
hesab |
Dəqiqə |
|
1 |
20.06.2004 |
Dmitri Kiriçenko (Rusiya) |
Rusiya - Yunanıstan |
2:1 |
1:07 |
|
2 |
18.06.1988 |
Sergey Aleynikov (SSRİ) |
ingiltərə - SSRİ |
1:3 |
2:07 |
|
3-4 |
12.06.2012 |
Petr Yiraçek (Çexiya) |
Çexiya - Yunanıstan |
2:1 |
2:14 |
|
3-4 |
26.06.1996 |
Alan Şirer (İngiltərə) |
Almaniya - İngiltərə |
1:1, p.5:6 |
2:14 |
|
5 |
24.06.2004 |
Maykl Ouen (İngiltərə) |
Portuqaliya - İngiltərə |
2:2, p.5:6 |
2:25 |
|
6 |
13.06.1996 |
Xristo Stoiçkov (Bolqarıstan) |
Bolqarıstan - Rumıniya |
1:0 |
2:27 |
|
7 |
10.06.2012 |
Mario Mandjukiç (Xorvatiya) |
Xorvatiya - İrlandiya |
3:1 |
2:38 |