Rihanna və Şakira da Bakıda!

Dünya şöhrətli müğənnilər Rihanna və Şakira Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında çıxış edəcəklər. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Rihanna və Şakiranın ölkəmizdəki ilk çıxışları olacaq.Rihannanın çıxışı oktyabrın 5-i saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək. Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da elə həmin arenada keçiriləcək final oyunu zamanı baş tutacaq.Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındaki müştəri xidmətləri mərkəzində satışda olacaq. Çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.Qeyd edək ki, daha öncə Cennifer Lopesin dünya çempionatının sentyabrın 22-də Respublika stadionunda keçiriləcək açılış mərasimində çıxış edəcəyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31