“Avro-2012”: II tur - bir qələbə, bir heç-heçə
13 İyun 2012 11:12 İdmanDünən Polşa və Ukraynanın ev sahibliyi etdiyi futbol üzrə "Avro-2012" çempionatının qrup mərhələsinin ikinci turunun oyunlarına start verilib. İlk oyunda Yunanıstan və Çexiya komandaları qarşılaşıblar. Oyun 2:1 hesabı ilə Çexiya yığmasının xeyrinə başa çatıb.Günün digər oyununda A qrupunun daha iki milllisi - Polşa və Rusiya üz-üzə gəlib.Maraqlı idman mübarizəsi şəraitində keçən oyunun 38-ci dəqiqəsində rusiyalı futbolçu Alan Dzoqaev hesabı açıb. Qarşılaşmanın 57-ci dəqiqəsində isə Polşa millisinin oyunçusu Yakub Blaşikovski hesabı bərabərləşdirib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31