Bakıda Avropa çempionatı ilə bağlı görüş olacaq

2020-ci il Avropa çempionatına ev sahibliyi ilə bağlı Gürcüstan Futbol Federasiyası (GFF) və AFFA rəhbərliyi arasında iyunun 1-də Batumidə keçirilmiş görüşün nəticəsi olaraq hər iki federasiyanın prezidentləri baş katiblərə İşçi Qrupun tərkibinin müəyyənləşdirilməsi və müvafiq hazırlıq işlərinin təşkilini tapşırıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu görüşdən sonra hər iki federasiya arasında bir necə işçi telekonfranslar keçirilib.
İyulun 5-də isə Bakıda AFFA və GFF-nin baş katiblərinin görüşü nəzərdə tutulub.
Qeyd edək ki, iyunun 30-da Ukraynanın paytaxtı Kiyevdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Toplantıda mümkun namizədlər, Avro-2020-nin ev sahibliyi ilə bağlı tenderə hazırlıq işləri və sifariş sənədlərinin təsdiq şərtləri müzakirə olunacaq. İclasdan bir necə gün sonra Avro-2020-nin ev sahibliyinə namizəd assosiasiyalara turnirin keçirilməsi ilə bağlı tenderdə iştirak şərtləri əks olunmuş bütün müvafiq sənədlər göndəriləcək. Tenderdə iştirakla bağlı sənədlər alınacağı təqdirdə iki federasiyanın birgə İşçi Qrupu yaradılacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31