Yunis Hüseynov: “Komandamın oyunundan razı qalmadım”

Unibank Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan "böyük oyun"da "Neftçi"ni öz evində qarşılayan "Xəzər Lənkəran" klubu 1:0 hesablı qələbə qazandı. Siasport.az idman portalının məlumatına görə, oyun haqda Lənkəran təmsilçisinin baş məşqçisi Yunis Hüseynov fikirlərini belə ifadə edib: "Neftçi" demək olar ki, çempiondur. Böyükağa müəllimi təbrik edirəm. Komandamın oyunundan razı qalmadım, ötürmələrdə səhvlər buraxdıq. Avroliqaya qatılmaq yolunda vacib 3 xal əldə etdik. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31