Qaynatası Xatirə İslama nə hədiyyə etdi?
Müğənninin toyunda nələr oldu
11 İyun 2012 23:26 İdmanMilli.Az-ın əməkdaşının əldə etdiyi məlumata görə, teleparıcı Nərgiz Cəlilovanın təmtəraqlı təqdimatı ilə zala daxil olan Xatirə və həyat yoldaşı Fəxrəddin qonaqların əksəriyyəti tərəfindən sürəkli alqışlarla qarşılanıb. Olduqca şən əhval-ruhiyyədə görünən cütlüyün nikah mərasimi də keçirilib. Müğənni Rüfət Axundov sevgilərini birləşdirən səbəbkarların şərəfinə lirik mahnı oxuduqdan sonra onlar əsas kürsüdə əyləşiblər.Toyda tanınmış sənətkarlar- xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Canəli Əkbərov, Briliant Dadaşova, Flora Kərimova, meyxanaçı Ağamirzə Məmmədov, müğənnilər - Manaf Ağayev, Mətanət Əsədova, Sevda Yahyayeva, Ramal İsrafilov, Elariz Məmmədoğlu, Xuraman Şuşalı, aktyorlar - Rafael və Coşqun, teleaparıcılar - Lalə Əlimuxtarov, Murad Arif və başqaları iştirak edirlər.Dəqiqləşdirdiyimiz daha bir maraqlı məqam Xatirənin geyindiyi gəlinliyin qiyməti ilə bağlıdır. Deyilənə görə, müğənninin qayınatası ən özəl libasa nə az, nə çox düz 15 min manat pul ödəyib.Masalarda bir nəfərlik menyunun qiymətini də öyrənməyə müvəffəq olduq. 1 qonaq üçün ayrılan yerin qiyməti 80 manatdır.