Fransa İngiltərəyə, Ukrayna İsveçə qarşı

Bu gün AVRO-2012-də D qrupunda mübarizəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, son qrupda baş tutacaq ilk 2 oyun ilə final mərhələsində 1-ci tur yekunlaşacaq. Bununla da çempionatın bütün komandaları mübarizəyə başlamış olacaq.
Günün ilk oyununda meydana qrupun favoritləri Fransa ilə İngiltərə mübarizə aparacaq. Daim iddialılar sırasında olan, lakin bu dəfə çempionluğa əsas namizəd sayılmayan İngiltərə və Fransa milliləri yarışa qələbə ilə başlamağa cəhd edəcək.
İlk turu meydan sahiblərindən biri - Polşa açmışdısa, son oyunda digər təşkilatçı ölkənin yığması meydana çıxacaq. Ukrayna millisinin rəqibi İsveç futbolçuları olacaq. Turun son görüşünü qonşu Türkiyədən olan Cüneyt Çakır iarə edəcək.

11 iyun
AVRO-2012
Final mərhələsi
I tur
D qrupu
21:00. FRANSA - İNGİLTƏRƏ
Baş hakim: Nikola Rizzoli (İtaliya)
Donetsk. "Donbass-Arena" stadionu
23:45. UKRAYNA - İSVEÇ
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kiyev. "Olimpiyski" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31