Del Boske meydançadan şikayətləndi
11 İyun 2012 13:37 İdman"Ümumilikdə oyunumuz yaxşı alındı. Topa daha çox nəzarət edirik. Ancaq İtaliya millisi də yaxşı pressinq tətbiq edirdi". Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente Del Boske İtaliya ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib. İlk oyunda qələbə qazanmaq istədiklərini bildirən təcrübəli mütəxəssis daha çox meydaçanın vəziyyətindən şikayətlənib: "Əlbəttə, ilk oyunda qələbə qazanmaq yaxşı olardı. Bunu çox istəyirdik. Ancaq alınmadı. Bununla belə, komandam çox yaxşı oyun nümayiş etdirdi. Baxmayaraq ki, meydançanın ot örtüyü həddindən artıq quru idi. Əgər stadion oyundan öncə yaxşıca sulanılsaydı, komandalar daha yüksək səviyyəli oyun nümayiş etdirərdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31