Kriştianu RONALDONUN komandası uduzdu
Rəqibə nisbətən daha yaxşı oynadıq. Topa və oyuna nəzarət edən tərəf biz idik. Lakin təəssüf ki, bunu hesabda əks etdirə bilmədik".
10 İyun 2012 10:43 İdman Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu Almaniya ilə oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib. Portuqaliyalı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını bildirib: "İkinci hissəni yüksək səviyyədə keçirdik. Ancaq əvəzində qapımızda top gördük. Bu oyunda bəxt bizdən üz döndərdi. Düşünürəm ki, komandam bu məğlubiyyətə layiq deyildi". Almaniya-Portuqaliya matçında oyunun 73-cü dəqiqəsində almanların mərkəz hücumçusu Mario Qomeşin vurduğu yeganə qol almanlara qələbə gətirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31