AVRO-2012-nin ilk sensasiyası: "Zanbaqlar" uduzdu

Almaniya-Portuqaliya matçı başlanır

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Qol.Az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin ikinci günündə artıq bir qarşılaşma baş tutub.

B qrupunda ilk öncə meydana Hollandiya və Danimarka yığmaları çıxıb. "Avro-2012"nin əsas favoritlərindən hesab olunan Hollandiya millisi ilk görüşündə qələbə qazanmağa çalışacaqdı. Lakin Danimarka bu görüşdə 1:0 hesabı ilə qalib gələrək turnirin ilk sensasiyasına imza atıb.

Günün ən maraq doğuran qarşılaşması isə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Burada son Avropa çempionatının finalçısı Almaniya millisi Portuqaliyanı sınağa çəkəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31