Stadionda azarkeşlər arasında toqquşma
8 İyun 2012 16:55 İdmanİdman Araşdırmalar Mərkəzi Bəyanat verib. Bəyanatda deyilir: Rəsmən Kapital Bank U-15 Liqası adlandırılan 15 yaşadək futbolçular arasında Azərbaycan çempionatının iyunun 7-də keçirilmiş final matçından sonra xoşagəlməz olaylar baş verib. "Neftçi" komandasının futbolçularının "Bakı" komandasından olan həmyaşıdları üzərində 1:0 hesabı ilə qalib gəldiyi görüşün ardından meydançaya tamaşaçılar daxil olublar. Nəticədə hər iki komandanın futbolçuları və tərəfdarları arasında kütləvi toqquşmalar yaşanıb. Təəssüf doğuran hal odur ki, insidentdə "Bakı" və "Neftçi" klublarının rəsmiləri də iştirak ediblər. Onlar azyaşlıları sakitləşdirmək əvəzinə bir-biri ilə əlbəyaxa olaraq, azyaşlılar üçün mənfi nümunə olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31