Ukrayna millisindəki kütləvi zəhərlənmənin səbəbi açıqlandı
8 İyun 2012 13:27 İdmanZəhərlənmə futbolçulara verilən salatdan olub. Ukrayna millisinin 10 futbolçusunun bu günlərdə Türkiyəyə qarşı keçirilən yoxlama oyunundan bir gün əvvəl zəhərlənməsinin səbəbi bəlli olub. Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın həkimi Leonid Mironov bildirib ki, hazırlıq matçı üçün getdikləri Almaniyadakı oteldə onlara keyfiyyətsiz qida veriblər. "Biz düşünürük ki, zəhərlənmə futbolçulara verilən salatdan olub", - deyə o vurğulayıb.Ən son xəbərlərə görə, hazırda zəhərlənən futbolçuların səhhəti yaxşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31