"Avro-2012": UEFA hakim təyinatlarını açıqladı
8 İyun 2012 13:23 İdmanHakimlər artıq məlumdur. UEFA "Avro-2012"nin ilk turu üçün hakim təyinatlarını açıqlayıb. Ql.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iyunun 8-də keçiriləcək çempionatın açılış oyunu - Polşa - Yunanıstan matçını ispaniyalı Karlos Velasko Karballo idarə edəcək. A qrupunun digər görüşü olan Rusiya - Cexiya qarşılaşması isə ingiltərəli Hovard Uebbə həvalə olunub. İyunun 9-da baş tutacaq B qrupunun Hollandiya - Danimarka görüşündə sloveniyalı Damir Skomina, Almaniya - Portuqaliya oyununda isə fransalı Stefan Lannoy fit çalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31