Futbolun AVROPA həyəcanı başlanır

Bu gün Avropanın 16 ən güclü futbol komandasının qitə çempionatı start götürür. Çempionat iki ölkədə Polşa və Ukraynada təşkil olunub. 31 matçdan 16-sı Ukraynada, 15-i Polşada baş tutacaq.

Bütün görüşlər Bakı vaxtı ilə saat 21:00-da və 23:45-də başlanacaq.

Seçmə mərhələnin görüşləri 8 - 19 iyunda, ¼ final matçları 21 - 24 iyunda, yarımfinal oyunları 27-28 iyunda olacaq. Çempionata iyulun 1-də Kiyevdəki "Olimpiyski" stadionunda baş tutacaq final matçı ilə yekun vurulacaq.

İyunun 8-də keçiriləcək çempionatın açılış oyunu - Polşa - Yunanıstan matçını ispaniyalı Karlos Velasko Karballo idarə edəcək. A qrupunun digər görüşü olan Rusiya - Cexiya qarşılaşması isə ingiltərəli Hovard Uebbə həvalə olunub.

Futbol üzrə Avropa Çempionatı 1960-cı ildən keçirilir. 2000-ci ildən isə çempionata 2 ölkə birgə ev sahibliyi edir.

Qrup mərhələsi

A qrupu

Polşa

Yunanıstan

Rusiya

Çexiya

8 iyun

Polşa - Yunanıstan
Rusiya - Çexiya

12 iyun

Yunanıstan - Çexiya
Polşa - Rusiya

16 iyun

Çexiya - Polşa
Yunanıstan - Rusiya

***

B qrupu

Hollandiya

Danimarka

Almaniya

Portuqaliya

9 iyun

Hollandiya - Danimarka
Almaniya - Portuqaliya

13 iyun

Danimarka - Portuqaliya
Hollandiya - Almaniya

17 iyun

Portuqaliya - Hollandiya
Danimarka - Almaniya

***

C qrupu

İspaniya

İtaliya

İrlandiya

Xorvatiya

10 iyun

İspaniya - İtaliya
İrlandiya - Xorvatiya

14 iyun

İtaliya - Xorvatiya
İspaniya - İrlandiya

18 iyun

Xorvatiya - İspaniya
İtaliya - İrlandiya

***

D qrupu

Ukrayna

İsveç

Fransa

İngiltərə

11 iyun

Fransa - İngiltərə
Ukrayna - İsveç

15 iyun

İsveç - İngiltərə
Ukrayna - Fransa

19 iyun

İngiltərə - Ukrayna
İsveç - Fransa

1/4 final

21 iyun (1)

1A - 2B

22 iyun (2)

1B - 2A

23 iyun (3)

1C - 2D

24 iyun (4)

1D - 2C

Yarımfinal

27 iyun

1-3

28 iyun

2-4

Final

1 iyul

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31