“Roland Garros”: Bütün yarımfinalçılar müəyyənləşdi
Tennis üzrə Fransanın açıq çempionatında (“Roland Garros”) kişi və qadınların fərdi mübarizəsində yarımfinalçılar müəyyənləşib.
7 İyun 2012 12:43 İdmanLent.az-ın məlumatına görə, kişilərin fərdi yarışında ispaniyalı Rafael Nadal həmyerlisi David Ferrerlə üz-üzə gələcək.Nadal ¼ finalda daha bir ispaniyalı Nikolas Almaqronu üstələyib - 7:6 (7:4), 6:2, 6:3. Ferrer isə böyük britaniyalı Endi Mürrey üzərində qələbə qazanıb - 6:4, 6:7(3:7), 6:3, 6:2. O, karyerasında ilk dəfə yarımfinala çıxıb. İki ispaniyalının qarşılaşması iyunun 8-də baş tutacaq. İyunun 7-də keçiriləcək digər yarımfinalda isveçrəli Roje Federer serbiyalı Novak Cokoviçlə üz-üzə gələcək.
Qadınların fərdi mübarizəsində isə rusiyalı Mariya Şarapova çexiyalı Petra Kvitovanı, italiyalı Sara Errani isə avstraliyalı Samanta Stosuru sınağa çəkəcək.