AVRO-2012-nin açılış oyununun baş hakimi açıqlandı
6 İyun 2012 13:33 İdman2012-ci il Avropa çempionatının (AVRO-2012) açılış oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 8-də Polşa və Yunanıstan yığmaları arasındakı matçı ispaniyalı Karlos Velasko Karbalyonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Oyun Varşavada Milli stadionda keçiriləcək və Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Karbalyo Çempionlar Liqasının Münhendə keçirilən son final oyununda 4-cü hakim olub. O, ötən il Avroliqanın final matçında təyinat alıb. 41 yaşlı ispaniyalı hakim 2008-ci ildə beynəlxalq arenada debüt edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31