"Avro-2012": Məşhur bukmeyker kontoru favoritləri açıqladı
6 İyun 2012 13:31 İdmanNüfuzlu "William Hill" bukmeyker kontoru 2012-ci il Avropa çempionatının favoritini açıqlayıb. Bu mübarizədə İspaniya yığması bütün rəqiblərini qabaqlayıb.
Son Avropa və dünya çempionunun qələbəsinə pul qoyuluşu edənlər üçün 3,75 əmsal müəyyənləşdirilib. Almaniyanın şansları 4, Hollandiyanınkı isə 7,50-yə bərabər sayılıb.
Qeyd edək ki, Avropa çempionatı iyunun 8-də start götürəcək və iyulun 1-də yekunlaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31