"Fənərbağça" ikinci "bomba"nı partlatdı
6 İyun 2012 13:23 İdmanTürkiyənin "Fənərbağça" klubunun "Kayserispor"dan transfer etmək istədiyi futbolçu: "Klubumla dil tapsalar, sarı-lacivərdli formanı geyərəm", - dedi. Bu arada "sarı bülbül" Almaniyanın "Ştutqart" klubunun ulduzu Belahruzla da anlaşıb.Milli.Az "Milliyet"ə istinadən bildirir ki, İngiltərənin "Liverpul" klubundan Dirk Kuytu transfer edəndən sonra "Fənərbağça" indi də "Kayserispor"dakı Həsən Əli Kaldırımı almağa hazırlaşır. Kaldırım da "Fənər"ə keçmək istədiyini deyib. "Əgər klublar anlaşsalar, transfer olaram. Artıq yuxarıya doğru addım-addım irəliləmək zamanıdır", - futbolçu söyləyib. "Fənər" Almaniyanın "Ştutqart" klubundakı təcrübəli stoper Xalid Belahruzla da danışıqlar aparır. Hollandiya yığmasının oyunçusu, son 4 ili bundesliqa klubunda oynamış əslən mərakeşli futbolçunun "Ştutqart"la müqaviləsinin müddəti başa çatıb. 31 yaşlı Belahruz da "Fənər"ə transfer ola biləcəyini istisna etməyib.