Saşa Yunisoğlu da xaricdə top qovmaq istəyir
6 İyun 2012 13:21 İdmanFutbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az xəbər verir ki, "Qəbələ"dən ayrıldıqdan sonra işsiz qalan futbolçu hazırda bir çox təkliflər alsa da, qərar verməyə tələsmir.Hazırda istirahətdə olan Saşa isə daha çox xaricdə oynamaqda maraqlıdır. Yeni iş yeri axtarışları ilə futbolçu şəxsən özü məşğul olur.Xatırladaq ki, son mövsümü "Qəbələ"də keçirən Yunisoğlu klubla müqaviləsinin müddəti bitdiyi üçün hazırda azad agent statusu daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31