Hakan Şükür zədələndi
5 İyun 2012 13:20 İdmanOnun ayaq barmağının sümükləri çatlayıb. Anspress xəbər verir ki, Türkiyədə "Qalatasaray" və ölkə millisinin ulduz futbolçusu, hazırda millət vəkili olan Hakan Şükür qəza keçirib. Bu barədə məlumatı H. Şükür "Twitter" səhifəsində özü yayıb. Keçmiş futbolçunun bildirdiyinə görə, o ayağını pilləkənə çırpıb və nəticədə onun ayaq barmağının sümükləri çatlayıb. "Ayağımda meydana gələn çatlaq və sınıqlar səbəbilə bir müddət yerimdən dura bilməyəcəyəm. İctimaiyyətin diqqətinə". Qeyd edək ki, xəsarətlərinə baxmayaraq, Hakan Şükür "X Türkcə Olimpiadası"nda tamaşaçı qismində iştirak edəcəyini yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31