Əfsanəvi sovet hokkeyçisi ölüm ayağında

Vaxtı ilə hokkey üzrə SSRİ yığmasının əvəzedilməz oyunçularından olmuş 52 yaşlı Vladimir Krutov ağır vəziyyətdə Moskva şəhər 20 saylı xəstəxanaya çatdırılıb. Lent.az-ın utro.ru-ya istinadən verdiyi xəbərə görə, hokkeyçiyə mədə qanaxmasının ağır forması diaqnozu qoyulub.
"Dünən axşam onun vəziyyəti qəfil pisləşib. Mədəsində qanaxmadan başqa qara ciyərlərində də şişmə müşahidə olunur. Onu əvvəl Ximkidəki xəstəxanaya gətiriblər. Amma qubernator Şoyqunun müdaxiləsindən sonra Moskvaya aparıldı" - deyə, dostlarından biri bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31