Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyi Bakıya gəlir
1 Yanvar 1970 04:33 İdmanMartın 6-dan 8-dək Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycanda səfərdə olacaqlar. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Həmçinin nümayəndə heyəti gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, T.Bəhramov adına respublika stadionuna baxış keçirəcəklər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31