Kyuit “Fənərbağça”lı oldu - FOTO
4 İyun 2012 13:16 İdmanLiverpulun 31 yaşlı hollandiyalı hücumçusu Dik Kyuit Türkiyənin "Fənərbağça" klubu ilə müqavilə bağlayıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, transferin məbləği açıqlanmır. Müqavilə 3 illiyə nəzərdə tutulub. "Fənərbağça" karyeramı davam etdirmək üçün əla komandadır. Heyf ki, komanda keçən mövsüm çempion ola bilmədi. Amma buna baxmayaraq Çempionlar Liqasında mübarizə aparacaq. O ki qaldı "Liverpul"a, burda 6 mövsüm keçirmişəm. "Liverpul" və onun sadiq azarkeşləri daima mənim qəlbimdədirlər" - deyə, Kyuit bildirib. 31 yaşlı hücumçu "Liverpul"a "Feyenord"dan keçmişdi. Bu komandada çıxış etdiyi 200 oyunda rəqib qapılarından 51 qol keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31