BRAVO, Cenifer!!!

 

Bu ilin sentyabrında Bakıda qızlar arasında (U-17) futbol üzrə dünya çempionatının açılışında səhnə alacaq məşhur amerikalı ifaçı Cenifer Lopes Azərbaycan paytaxtının sakinləri və qonaqlarını salamlayıb. Anspress xəbər verir ki, Genifer Lopes deyib ki, Bakıdakı çıxışı əvvəlcən məlumat verildiyi kimi, sentyabrda olacaq.
"Salam Bakı! Bu, Cenifer Lopesdir. Qızlar arasında futbol üzrə dünya çempionatı çox yaxın bir vaxtda keçiriləcək. Onun açılışında görüşərik", - populyar müğənni Facebook sosial şəbəkəsində yerləşdirilən video müraciətində bildirib. 
Xatırladaq ki, 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək. Çempionatın açılıq mərasimi Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq. 
Milli.Az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31