Türk futbolçu bu dəfə İngiltərə nəhənginin hədəfində

"Trabzonspor" klubunun hücumçusu Burak Yılmaza Avropa komandalarından təkliflər gəlməkdə davam edir.Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, son İngiltərə çempionu "Mançester Siti" klubu da Burakı transfer etməyi planlaşdırır."Mançester Siti"nin sahibləri olan ərəb şeyxlərinin Burakın transferi üçün "Trabzonspor"a yüksək məbləğ təklif edəcəkləri gözlənilir. Lakin 26 yaşlı futbolçu ilə Avropanın bir sıra komandaları yaxından maraqlandığından Trabzon təmsilçisi hələlik qərar verməkdə tələsmir.Qeyd edək ki, Burakla daha öncə İtaliyanın "Latsio" klubu danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31