"Barselona" mümkünü olmayan transfer həyata keçirmək istəyir
1 İyun 2012 12:02 İdmanIspaniyanın "Barselona" klubu növbəti transfer hədəfini açıqlayıb.Qol.Az-ın "The Daily Star"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Mançester Siti"nin kapitanı Vinsent Kompaniyə "elçi" düşüb.Ötən mövsümü yüksək səviyyədə keçirən belçikalı futbolçunun da "Mançester Siti"dən ayrılacağı istisna olunmur.
"Barselona"nın Kompaniyə həftəlik 200 min avro təklif etməsi bunu deməyə əsas verir. Lakin Kompaniyə 5 illik müqavilə təklif edən "şəhərlilər" futbolçunu komandada saxlamağa çalışırlar.Qeyd edək ki, 2008-ci ildən "Mançester Siti"də çıxış edən Kompani həftəsinə 150 min avro qazanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31