Mərc oyunlarında yeni qaydalar

Nazirlər Kabineti "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. "Olaylar"ın verdiyi məlumata görə, dəyişikliklərə əsasən, İştirakçıdan müəyyən bir futbol oyununda hər iki komandanın qol vuracağı ("Qarşılıqlı qol var") və ya iki komandadan birinin və ya hər ikisinin qol vurmayacağı ("Qarşılıqlı qol yoxdur") ilə bağlı proqnoz verməsi tələb olunur. Futbol oyununun yekun nəticəsi barədə canlı mərc. oyununun qalan hissəsinin nəticəsi barədə canlı mərc zamanı iştirakçı müəyyən bir futbol oyununun nəticəsini proqnoz etməklə oyununun yekun nəticəsinə və ya qalan hissəsinin nəticəsinə mərc qoymalıdır. Bir futbol oyununun oynanılması zamanı mərc qoyulduqdan sonra növbəti topu qapıya hansı komandanın vuracağına dair canlı mərc qoyularkən iştirakçıdan bir futbol oyunu ərzində mərc qoyulduqdan sonra növbəti topu qapıya hansı komandanın vuracağını proqnoz verir və oyun oynanıldıqda mərc qoyur. Futbol yarışının ümumi nəticəsi və ya yarışın geri qalan hissəsinin nəticəsi və bir futbol yarışı oynanıldığı zaman növbəti qolu hansı komandanın vuracağı ilə əlaqədar qoyulan canlı mərclərdən başqa, idman yarışlarında meydana gələn hadisələr, şərait və nəticələr ilə əlaqədar canlı mərc qoyuluşu da fərqli olur. Belə ki, bu zaman iştirakçı idman yarışlarında meydana gələn hadisələr, şərait və nəticələr ilə əlaqədar mərc növlərindən birində (konkret bir limitdən "Alt/Üst" vurulan qol sayı, qırmızı kartın olub olmadığı, müəyyən bir limitin altında və ya üstündə sarı ya da qırmızı kart olub olmayacağı, vurulan toplam qolun bir limitin altında ya da üstündə olub olmadığı və buna bənzər mərclər) qalib gələn nəticə və ya nəticələri proqnoz verir  və bununla əlaqədar olan mərcin qoyuluşunu müəyyən edən oyunun oynanıldığı zaman həyata keçirilir.. Əlaqədar əməliyyat, qalib gələn nəticənin hansı meyarlar nəzərdə tutularaq müəyyən ediləcəyi, təqdim olunan mərc növü və lazımi məlumatlar proqramda göstərilir. Futbol yarışının ümumi nəticəsi və ya yarışın geri qalan hissəsinin nəticəsi ya da bir futbol yarışının oynanılması zamanı növbəti qolu hansı komandanın vuracağı ilə əlaqədar canlı mərc oyunları üçün ilkin olaraq əlaqədar oyun qaydaları qüvvədədir. İndikar" avtomobil yarışları zamanı iştirakçıdan hər hansı bir "İndikar" avtomobil yarışında qalib gələcək sürücünü proqnoz verir. Əgər iştirakçının proqnozlarına daxil edilmiş hər hansı bir oyunçunun (avtomobilin) yarışdan çıxması halında, belə yarışdan çıxmış oyunçu (avtomobil) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir. Bir "İndikar" avtomobil yarışında variantlar  zamanı iştirakçıdan hər hansı bir "İndikar" avtomobil yarışında seçilən oyunçunun birinci yerə çıxıb çıxmayacağını proqnoz etməkdən başqa seçilmiş oyunçunun birinci, ikinci və ya üçüncü olmasını proqnoz etmək tələb olunur. Tazı (ov itləri) yarışı zamanı da iştirakçıdan hər hansı bir tazı yarışının qalibini proqnoz etmək tələb olunur. Bu yarışlarda da, riskin idarə edilməsi mərkəzi, bu mərc növünün təşkil edilməsi üçün lazım olan minimum oyunçu sayını bütün mümkün üsullarla elan edir. Riskin idarə edilməsi mərkəzi ayrıca mükafat veriləcək yerlərin sayını və "Winner/Qalib" (bu Qaydaların 10.10.1-ci yarımbəndi) mərc növündəki proqnozlara əsaslanaraq mərclərin hesablanma üsullarını müəyyən edir. Əgər birdən artıq oyunçu (tazı) yarışı eyni zamanda və ya mükafata haqq qazanan yerdə tamamlayarsa (mükafat qazanmış oyunçuların ümumi sayı gözlənildiyindən çox olarsa), hər oyunçu üçün ödənilən əmsal kəsirə vurulur. Bu kəsirdə "surət" - mükafat verilən yerlərin sayını tamamlamaq üçün (ödənilməsi) tələb olunan oyunçu sayı, "məxrəc" isə yarışı eyni zamanda və ya eyni yerdə tamamlamış oyunçuların sayıdır. Operator hər növ idman yarışı ilə əlaqədar yeni oyunlara proqnoz etməklə iştirakçıların mərc qoyuluşunu həyata keçirməsini təmin edir. Operator bu Qaydaların 10.11-ci bəndində göstərilən oyunların şərtlərini Nazirliyin tabeliyindəki qurumla razılaşdıraraq, bu barədə iştirakçıları KİV-lə (kütləvi informasiya vasitələri ilə) məlumatlandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31