“Qəbələ” darmadağınla, “Qarabağ” məğlubiyyətlə başladı

Azərbaycan klubları 15 yaşadək futbolçular arasında start götürən "I Qəbələ Kuboku-2012" turnirinə fərqli nəticələrlə başlayıblar.Lent.az-ın məlumatına görə, A qrupunda yarışan təşkilatçı "Qəbələ" açılış matçında Danimarkanın "Bröndbü" klubunu darmadağın edib - 6:2.İlk yarını 3:2 hesablı üstünlüklə başa vuran "Qəbələ" fasilədən sonra daha 3 qola imza atıb. Meydan sahiblərinin oyunçularından Coşqun Süleymanov, Vüqar Əlibabayev (hərəyə 2 qol), Tural Məmmədrzayev və Ülvi İsgəndərov fərqlənib.B qrupunda yer alan "Qarabağ" isə İspaniya "Levante"sinə uduzub - 1:2. İlk yarıda "Levante" biri penaltidən olmaqla 2 qol vurub. "Qarabağ" isə təsəlli qoluna fasilədən sonra imza atıb. Bu qolu penaltidən Şahban Cəbrayılov vurub.İlk tura "Qalatasaray" - "Vilyarreal" və "Feyenord" - Serbiya matçları ilə yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31